150 mindən çox Özbəkistan vətəndaşına Rusiyaya girişə icazə verildi

DÜNYA
02:12 14.10.2021
264
Rusiya daha əvvəl bu hüquqdan məhrum edilmiş 158 min Özbəkistan vətəndaşına ölkəyə giriş icazəsi verdi.

AZXEBER.COM-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistanın Moskvadakı səfirliyinin saytı məlumat yayıb.

Bildirilir ki, məlumatı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin birinci müavini Qorovoy Moskvada Özbəkistan Baş nazirinin müşaviri Mehriddin Xairiddinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı açıqlaнжи.

Qeyd olunur ki, "miqrasiya amnistiyası" əvvəllər məhkəmə qərarları əsasında Rusiyadan deportasiya edilmiş Özbəkistan vətəndaşlarına şamil edilmir.

OXŞAR XƏBƏRLƏR