Tehranda Xamenei ilə vida mərasimi başladı

Tehranda Xamenei ilə vida mərasimi başladı
DÜNYA
09:53 03.07.2026
301
Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

AZXEBER.COM "Mehr” agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. 

Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.

Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
OXŞAR XƏBƏRLƏR