Fransalı cütlük onlarla heyvanı pis şəraitdə saxladığına görə bir il şərti həbs cəzasına məhkum edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransadan olan cütlüyün 80 kvadratmetrlik mənzillərində 159 pişik və yeddi it saxladığı məlum olub.
Heyvanları çirkab içində saxlayan 68 yaşlı qadın və 52 yaşlı kişi cütlüyə ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.
Onlar həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.
Qeyd edək ki, yaşlı cütlüyün saxladığı pişik və itlərdən bəziləri səhhətləri pis olduğundan sonradan ölüblər.
Gülay