16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı

KRİMİNAL
11:04 22.02.2025
479
Ağsuda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb. 

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR