17 yaşlı sahibkar oğlu özünü asdı

17 yaşlı sahibkar oğlu özünü asdı
SOSİAL
13:58 26.01.2017
4935
Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Hadisə Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 2000-ci il təvəllüdlü Behtiyev Elvin Elçin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Koma vəziyyətinə düşən Elvin Behtiyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Elvin Behtiyevin atasının sahibkar olduğu bildirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 
///APA
OXŞAR XƏBƏRLƏR