19 yaşlı oğlan qətlə yetirildi

KRİMİNAL
11:01 27.09.2013
1557
Azərbaycanın Yevlax rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Yevlax rayonu, Nizami küçəsi 243 ünvanında yaşayan, 19 yaşlı Vasif İbrahim oğlu Abdullayev naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR