Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı
KRİMİNAL
12:28 30.09.2026
503
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR