Sabunçuda evlərdən oğurluq edənlər saxlanıldı

Sabunçuda evlərdən oğurluq edənlər saxlanıldı
KRİMİNAL
15:16 18.11.2026
46
Paytaxtın Sabunçu rayonunda iki nəfər polisə müraciət edərək evlərindən ümumi dəyəri 1690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.
 
AZXEBER.COM xəbər verir ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.
 
Araşdırmalarla məlum olub ki, həmin şəxslər ev sahiblərinin yoxluğundan istifadə edərək dəmir barmaqlıqları qırıb əməli törədiblər.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR