Cənubi Koreyada imtahan qalmaqalı: Süni intellektlə ölkə birincisi oldu

Cənubi Koreyada imtahan qalmaqalı: Süni intellektlə ölkə birincisi oldu
DÜNYA
15:00 18.11.2026
53
Cənubi Koreyada vergi məsləhətçiliyi və mühasibatlıq üzrə keçirilən milli imtahanda qeyri-adi saxtakarlıq hadisəsi baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,namizədlərdən biri 160 sualdan cəmi birinə səhv cavab verərək ölkə birincisi olub. Lakin imtahan nəticələrinin şübhə doğurmasından sonra aparılan araşdırma saxtakarlığın yüksək texnologiyalardan istifadə edilməklə həyata keçirildiyini üzə çıxarıb.

Məlum olub ki, namizəd nəzarətçilərin gözü qarşısında olduqca kiçik dəlikli kameradan istifadə edərək sualların şəklini çəkib. O, icazə verilən kalkulyatoru modifikasiya edərək məlumatları xaricə ötürüb, sualları süni intellekt vasitəsilə həll etdirib.
 
Daha sonra cavabları gizli mikroekran və qulaqlıq sistemi vasitəsilə əldə edib.

Hadisə süni intellekt və müasir texnologiyaların imtahanlarda saxtakarlıq üsullarını nə dərəcədə dəyişdirdiyini bir daha gündəmə gətirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR