Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA

Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA
SOSİAL
13:34 18.11.2026
113
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxs barəsində qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olmayana qədər onun hər hansı cinayəti törətməkdə təqsirləndirilməsi həmin cinayəti törətməsi anlamına gəlmir:

"Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasında təqsirsizlik prezumpsiyası hüququ ilə bağlı öz əksini tapıb. Təqsirsizlik prezumpsiyası konstitusion hüquqdur. Nəticə etibarilə, bu prinsip şəxslər barəsində yanlış məlumatların yayılmasının qarşısını almağa və onların hüquqlarını pozuntulardan qorumağa xidmət edir.
Eyni Ramiz Mehdiyev də Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi onun da barəsində çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayəti vermək hüququ var. Onun şikayətinin təmin olunub-olunmayacağı məsələsinə gəlincə, bunu öncədən bilmək mümkün deyil. Nəticə etibarilə, bu, yalnız  məhkəmənin qərarından sonra müəyyənləşəcək”.

Hüquqşünasın sözlərinə görə, Ramiz Mehdiyevə təyin edilmiş azadlıqdan məhrum etmə çox yüngül cəzadır:

"İndiki halda onun barəsində kifayət qədər güzəştli cəza verilib. Faktiki olaraq, dövlətə xəyanətdə ittiham olunan bir şəxsin şərti cəza alması Azərbaycan məhkəmə tarixində nadir hallardan biridir. Bu səbəbdən ona çox yüngül cəza verilib”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi
13:44 18.11.2026
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi
Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA
13:43 18.11.2026
Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi
13:41 18.11.2026
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi
Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA
13:34 18.11.2026
Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA
Milli Məclisdə söz-söhbət bitmir: Deputatlar arasında mübahisələr, spikerin iradları...
13:24 18.11.2026
Milli Məclisdə söz-söhbət bitmir: Deputatlar arasında mübahisələr, spikerin iradları...
Bakıda bu ərazilərə giriş pullu olacaq
13:23 18.11.2026
Bakıda bu ərazilərə giriş pullu olacaq
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
13:14 18.11.2026
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Mərc oyunları, lotereya və onlayn ticarətlə bağlı - Yeni qaydalar
13:11 18.11.2026
Mərc oyunları, lotereya və onlayn ticarətlə bağlı - Yeni qaydalar
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - İlk oxunuşda qəbul etdi
12:45 18.11.2026
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - İlk oxunuşda qəbul etdi
SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
12:42 18.11.2026
SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
12:39 18.11.2026
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:25 18.11.2026
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü
12:09 18.11.2026
Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü
Təhsil müəssisələrində istilik mövsümünə hazırlıq başa çatır
12:03 18.11.2026
Təhsil müəssisələrində istilik mövsümünə hazırlıq başa çatır
Bu mənzillər vergidən azad ediləcək
11:56 18.11.2026
Bu mənzillər vergidən azad ediləcək
Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər
11:55 18.11.2026
Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər