Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü

Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü
DÜNYA
08:44 18.11.2026
51
Gürcüstanda 31 yaşlı azərbaycanlını elektrik cərəyanı vurub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsi qeydə alınıb.

Hadisə zamanı 31 yaşlı Əmrah Kazımov həyatını itirib.

Faciə ötən gün Uzuntala kəndində qeydə alınıb. Usta işləyən Əmrah Kazımov talvarın üzərinə dam örtüyü vurduğu zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.

Nəticədə onu elektrik cərəyanı vurub və 31 yaşlı kişi hadisə yerində vəfat edib.
OXŞAR XƏBƏRLƏR