Serbiyanın paytaxtı Belqradda yerləşən "Qalereya" ticarət mərkəzində eskalatordan yıxılma nəticəsində 10 azyaşlı xəsarət alıb.
Bu barədə Serbiya Radio və Televiziyası məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan yeddisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə yüngüldür.
Yaralılara tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil və araşdırılır.
///oxu.az











































