Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!

Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
DÜNYA
04:42 18.11.2026
46
Ukraynaya yerləşdirilən istənilən xarici qoşun Rusiya hərbi qüvvələri üçün qanuni hədəf olacaq və Paris bunu başa düşməlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RT-yə deyib.

"Bizim tərəfimizdən tədbirlərə gəldikdə isə, onlar Xarici İşlər Nazirliyi tərəfindən deyil, Müdafiə Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən görüləcək. Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Ukraynadakı xarici qoşunlar yerləşdirilərsə, Rusiya hərbi qüvvələri üçün qanuni hədəf olacaq. Ümid edirik ki, Paris bunu başa düşür", - deyə o, Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

///axar.az
OXŞAR XƏBƏRLƏR