Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
DÜNYA
06:18 18.11.2026
56
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 74 əcnəbini ölkədən çıxarıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, əməliyyat nazirliyin müvafiq struktur bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.

Ölkədən çıxarılan şəxslər Hindistan, İordaniya, Pakistan, Cənubi Afrika, Ermənistan, Əfqanıstan, Belarus, Misir, Rusiya, Yəmən, Livan, Nigeriya, Türkiyə, Azərbaycan, Çin, Türkmənistan, Qırğızıstan və digər ölkələrin vətəndaşlarıdır.

Nazirlikdən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
OXŞAR XƏBƏRLƏR