Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO

Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
KRİMİNAL
19:58 20.11.2026
48
0:00 / 0:00
Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bu barədə "Qafqazinfo”ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. 

O bildirib ki, 2008-ci il təvəllüdlü oğlu A.Mehdiyevdə psixoloji problemlər olub və bununla bağlı müalicə alıb. Son aylarda isə Ayxanın vəziyyəti daha da kəskinləşib: "Mənim 16 yaşlı digər oğlum onkoloji xəstədir, onu Türkiyədə müalicə etdiririk, hər ayın böyük hissəsini Ankarada onun yanında oluram və indiyədək 9 dəfə kimyaterapiya kursu alıb. Bu müddətdə Ayxanın da xəstəliyi kəskinləşib. 2 ay idi gecələr yata bilmirdi. Əvvəllər də psixoloji xəstəlik keçirmişdi, 2022-ci ildə müalicə alandan sonra xeyli yaxşılaşmışdı, növbəti dəfə 2025-ci ildə müalicə almışdı. "Montin”dəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, növbəti dəfə digər həkim Samirə xanımın qəbulunda olub. Mən özümü qınayıram ki, Ayxanla son aylarda çox yaxından maraqlana bilməmişəm. Anası deyirdi, yuxu dərmanı qəbul edib, yaxşılaşıb. Amma xərçəngdən əziyyət çəkən digər övladıma görə ona həmin diqqəti göstərə bilməmişik”.
 
Ağa Mehdiyev bildirib ki, hadisədən sonra həbs edilmiş oğlu ilə istintaq dövründə görüşüb: "O, hələ də özündə deyil. Görüşün sonunda ayağa durdum, deyir mən də gəlirəm? Yəni hələ də özündə deyil. Soruşuram kimi görmək istəyirsən, kim gəlsin səni görməyə? Yenə susur, özündə deyil. Mən özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım. Əslində həkimə zəng etdim, dedi məzuniyyətdəyəm, sonra səhlənkarlıq etdim aparmadım. Anası yuxu dərmanları verdi, bir az yaxşılaşdı, sonra daha da pisləşdi. Əvvəllər çox yaxşı idi, öz bacarığı ilə İdman Akademiyasına qəbul olunub, 2-ci kursda təhsil alırdı”.

Faciəvi hadisə ilə üzləşmiş ata bildirib ki, övladları arasında hər hansı fərq olmayıb, bir-birlərinə münasibətləri həmişə yaxşı olub: "Ayxan xəstəxanada olanda biz Gülarə ilə gül-çiçəklə onu qarşılamağa getmişik. İndi sosial şəbəkələrdə kimlərsə ağzına gələni yazır, bilib-bilmədən fikirlər bildirirlər. Amma yıxılana balta vurmaq olmaz axı, bizim öz dərdimiz var axı. Bizim ailədə heç vaxt uşaqlar arasında nə isə fərq olmayıb. İndi qızımın yarımçıq rəsmləri qalıb evdə... O, həmişə öz sənətinə fikir yönəldirdi. Bu hadisə ailəmiz üçün böyük zərbə olub”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
20:05 20.11.2026
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
19:58 20.11.2026
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
19:50 20.11.2026
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
19:32 20.11.2026
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
19:11 20.11.2026
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
19:00 20.11.2026
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
18:48 20.11.2026
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
18:38 20.11.2026
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
18:37 20.11.2026
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
18:21 20.11.2026
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
18:10 20.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
17:58 20.11.2026
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
17:41 20.11.2026
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir”  – AÇIQLAMA
17:32 20.11.2026
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir” – AÇIQLAMA
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
17:28 20.11.2026
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
17:15 20.11.2026
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO