Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər sektoru ilə özəl sektor arasında yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, institusional tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin inkişafı məqsədilə "Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu” təşkil ediləcək.
AZXEBER.COM xəbər verir ki, forum çərçivəsində gənclər və biznes təmsilçiləri arasında fikir və təcrübə mübadiləsi aparılacaq, gənclərin inkişafına xidmət edən birgə layihələrin və uzunmüddətli tərəfdaşlıq təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə olunacaq.
Eyni zamanda, forumda gənclərin əmək bazarına inteqrasiyasını, peşəkar inkişafını və özəl sektorda məşğulluq imkanlarını dəstəkləyən "Gənc Kadr” proqramının təqdimatı da baş tutacaq.
Forum 30 noyabr 2026-cı il tarixində "Holiday Inn Baku” hotelində keçiriləcək.










































