"Bizi Yaşadan Qəhrəmanlar" layihəsi keçirilib - FOTOLAR

"Bizi Yaşadan Qəhrəmanlar" layihəsi keçirilib - FOTOLAR
GƏNCLİK
15:14 06.02.2026
1329
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Bizi Yaşadan Qəhrəmanlar” layihəsi həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə bir sıra gənc 44 günlük Vətən Müharibəsində iştirak edən qazilərlə, eyni zamanda Füzuli şəhəri uğrunda döyüşlər zamanı şəhid olan Amal Qarayevin atası ilə görüşüblər.

Görüş çərçivəsində şəhidin atası Ədalət Qarayev gənclərlə bir araya gələrək onlara oğlunun şücaətindən, o cümlədən şəhidin döyüş hekayəsindən bəhs edib.

Ardınca, söz Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri və 44 günlük Vətən müharibəsi qazisi Qismət Əliyevə verilib. O da gənclərlə söhbətində döyüş xatirələrini danışıb, eyni zamanda onlara vətənpərvərlik ruhunu aşılayıb.

Tədbirdə çıxış edən Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Vətən müharibəsi qazısı Bəhruz Məmmədzadə gənclərlə həmsöhbəti zamanı müharibənin çətinlikləri, vurduğu ziyanlar barədə məlumat verib. O həmçinin gənclərə daim sülh şəraitində, firavan yaşamağı arzulayıb.

Görüşdə 34 saylı məktəbin Azərbaycan və ədəbiyyatı müəllimi Sevil Əlizadə çıxış edərək vətənpərvərlik hislərinin məktəblərdə düzgün formada aşılanması barədə danışıb. O, şagirdlərə bu istiqamətdə yalnız doğru informasiyaların ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı çıxış edən Medialive.az informasiya portalının rəhbəri Mikayıl Mirzəzadə əlavə edib ki, Azərbaycan cəmiyyəti həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonra dezinformasiya və "deepfake”lərin qurbanına çevrilmişdi. Onun sözlərinə görə, məktəblərdə və ali təhsil müəssisələrində bu istiqamətdə obyektiv təbliğat aparılmalıdır. Şagirdlər və tələbələr düşmənlərin saxta məlumatlarını oxumamalı və yayımlamamalıdırlar. Jurnalist qeyd edib ki, bu qəbildən olan informasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır və müəllimlər, valideynlər azyaşlılara xüsusi diqqət yetirməlidirlər.

Tədbirdə media nümayəndələri də iştirak edib.

Görüşün sonunda gənclərin sualları cavablandırılıb. Fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq