Gənclər təşkilatlarının qrant müsabiqəsi qalibləri ilə görüş keçirildi – FOTOLAR

Gənclər təşkilatlarının qrant müsabiqəsi qalibləri ilə görüş keçirildi – FOTOLAR
GƏNCLİK
16:02 11.09.2026
40
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq həyata keçirilən "Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qalibləri təbrik edərək icra olunacaq layihələrin gənclərin yeni bilik və bacarıqlarının formalaşdırılmasına, onların ictimai fəallığının artırılmasına və inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfələr verəcəyini vurğulayıb. Xüsusilə qeyd edib ki, layihələrin həyata keçirilməsi zamanı müasir yanaşmaların tətbiqi, innovativ ideyaların təşviqi, gənclərin təşəbbüskarlığının dəstəklənməsi və əldə olunan nəticələrin davamlılığının təmin edilməsi əsas prioritetlərdən olmalıdır.

Görüşün davamında layihələrin səmərəli və nəticəyönümlü icrasının təmin edilməsi, ayrılmış qrant vəsaitlərindən məqsədyönlü istifadənin təşkili, habelə paytaxt və regionlarda daha geniş gənc auditoriyasının əhatə olunması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra Fondun müvafiq şöbələri tərəfindən qaliblərə qrant müqavilələrinin bağlanılması, layihələrin icrası zamanı maliyyə və təsviri hesabatların hazırlanaraq təqdim edilməsi qaydaları, eləcə də digər təşkilati məsələlərlə bağlı ətraflı məlumat verilib. Görüşün sonunda qrant müsabiqəsinin qaliblərini maraqlandıran suallar cavablandırılıb.

Qrant müsabiqəsinin əsas məqsədi gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib. 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR