Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT

SOSİAL
16:57 20.11.2026
143
0:00 / 0:00
Abşeron rayonunda bir sıra ərazilərdə yaranan problemlər sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar yaşıllıq sahələrinin məhv edilməsi, qanunsuz tikinti iddiaları, kanalizasiya sularının küçələrə axması və yolların bərbad vəziyyətdə olması ilə bağlı şikayətlərini rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabında bildiriblər.

AZXEBER.COM xəbər verir ki, sakinlər Mehdiabad–Kürdəxanı yolu üzərində, "Tosoy” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yaşıllıq zolağının məhv edildiyini iddia edir.

Onların sözlərinə görə, ərazidə ağaclar və yaşıllıq örtüyü kəsilərək yerində konteynerlər yerləşdirilir, müxtəlif obyektlərin tikintisi aparılır. Sakin ərazinin qanunsuz zəbt edilərək satıldığını da iddia edib. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını, yaşıllıqların məhv edilməsinə hüquqi qiymət verilməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını istəyib.

Həmçinin sakinlər Masazır qəsəbəsində, Əliağa Vahid küçəsindəki problemlərdən şikayət edib. Onlar bildirib ki, küçədə yolun təmirə ehtiyacı var, kanalizasiya suları uzun müddətdir əraziyə axır və antisanitar vəziyyət yaranıb.

Sakinlər qeyd edib ki, kanalizasiya sularının yaratdığı üfunət səbəbindən evdən çıxmaq və küçədən keçmək çətinləşib. Onlar həmçinin yol kənarındakı yaşıllıq sahəsinə diqqət ayrılmasını, qurumuş ağacların budanmasını və məişət tullantılarının yığışdırılmasını xahiş edib.

Vətəndaşlar qeyd olunan problemlərin həlli üçün Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edərək müvafiq tədbirlərin görülməsini istəyiblər.

Aynur Babazadə
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
16:58 20.11.2026
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
16:57 20.11.2026
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
16:50 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
16:48 20.11.2026
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:39 20.11.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
16:24 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
16:21 20.11.2026
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
16:18 20.11.2026
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
16:05 20.11.2026
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
15:56 20.11.2026
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
15:46 20.11.2026
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
15:35 20.11.2026
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
15:31 20.11.2026
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
15:28 20.11.2026
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
15:17 20.11.2026
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
İran–ABŞ qarşıdurmasında təhlükəli mərhələ - Müharibə genişlənə bilər
14:54 20.11.2026