Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər

Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
SOSİAL
13:30 02.11.2026
123
Azərbaycanda işsiz qalan vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi gözlənilir.

Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində işini itirən şəxslərin kredit borcları tam və ya qismən sığorta hesabına ödənilə bilər. Bu mexanizmin həm borcalanların maliyyə yükünü azaltması, həm də bankların risklərini tənzimləməsi nəzərdə tutulur.

Bəs yeni sığorta mexanizmi vətəndaşlar üçün əlavə xərc yaradacaqmı və kredit faizlərinə necə təsir edəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında bildirib ki, kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanması borcalanların maliyyə təhlükəsizliyi baxımından müsbət addımdır:

"Kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanması, ilk növbədə, borcalanların maliyyə təhlükəsizliyinin təmin edilməsi baxımından müsbət addımdır. Çünki insan kredit götürərkən gələcəkdə işini itirəcəyini və gəlirlərinin azalacağını əvvəlcədən hesablaya bilmir. Belə bir vəziyyətdə kredit öhdəliyi onun və ailəsinin üzərində əlavə maliyyə yükünə çevrilir. Sığorta mexanizmi isə müəyyən şərtlər daxilində bu yükü müvəqqəti olaraq vətəndaşın üzərindən götürə bilər. Bu, xüsusilə uzunmüddətli kredit götürən vətəndaşlar üçün əhəmiyyətlidir".
 
 

Akif Nəsirli sığorta haqqının yüksək olacağı təqdirdə vətəndaşlar üçün əlavə maliyyə yükü yaranacağını vurğulayıb:

"Lakin burada əsas məsələ sığortanın hansı şərtlərlə təqdim olunmasıdır. Sığorta haqqı yüksək olarsa, bu, kreditin ümumi xərcini artıracaq və vətəndaş üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, sığorta bütün işdənçıxma hallarını əhatə etməyə bilər. Məsələn, öz ərizəsi ilə işdən çıxan, əmək müqaviləsinə xitam verilən və ya qeyri-rəsmi çalışan şəxslərin bu təminatdan yararlanması mümkün olmaya bilər. Ona görə də sığorta müqavilələrində istisnalar və ödəniş şərtləri aydın göstərilməlidir".

Akif Nəsirli yeni mexanizmin bankların risklərini də azalda biləcəyini qeyd edib:

"Banklar üçün əsas risklərdən biri borcalanın gəlirini itirməsi və nəticədə kredit ödənişlərini həyata keçirə bilməməsidir. İşsizlik riskinin sığortalanması həmin riskin bir hissəsini sığorta şirkətlərinin üzərinə keçirəcək. Bu isə bankların problemli kreditlərlə bağlı risklərini azalda, kredit portfelinin keyfiyyətini yaxşılaşdıra bilər. Nəticədə banklar kredit verməkdə daha çevik davrana və müəyyən kateqoriyadan olan müştərilərin maliyyə resurslarına çıxış imkanları genişlənə bilər".

Akif Nəsirli kredit faizlərinin avtomatik aşağı düşəcəyini gözləməyin düzgün olmadığını bildirib:

"Bu mexanizmin kredit bazarına da müsbət təsirləri ola bilər. Ancaq bu mexanizmin kredit faizlərini avtomatik aşağı salacağını düşünmək düzgün olmaz. Çünki bankların faiz siyasətinə təkcə borcun qaytarılmaması riski deyil, həm də maliyyələşmə xərcləri, inflyasiya və digər amillər təsir göstərir. Əsas məsələ sığortanın formal xidmətə çevrilməməsi, vətəndaşların ödədikləri sığorta haqqının müqabilində real təminat əldə etməsidir. Mexanizm həm borcalan, həm bank, həm də sığorta şirkəti üçün balanslı qurularsa, kredit bazarında etimadı artıra və maliyyə risklərinin bölüşdürülməsinə kömək edə bilər".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama