Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
SİYASƏT
13:14 02.11.2026
141
Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər.

QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.

Xatırladaq ki, İran Prezidentinə Açıq Məktubda deyilirdi: "Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir. Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir. Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız. Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb”.

Məktubda Azərbaycan QHT-ləri Məsud Pezeşkiana xitabla onu da vurğulayıb ki, milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir: "İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir. Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR