"Məktəblilər oxumaq, oxumaq yenə də, oxumağı düşünməlidirlər. Elmli olacaqlarsa həddi-buluq yaşlarına çatanda imanlı olacaqlar, elmli olacaqlarsa, ədalətli olacaqlar və o zaman özləri dini çox yaxşı dərk edəcəklər. Çünki, insanı insan edən təhsildir. Peyğəmbərimiz də buyurub ki, "Beşikdən məzara qədər oxumaq".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
O qeyd edib ki, məktəbdə hər kəs bərabər olmalıdır:
"Hətta uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsa gözəl olar, Həmçinin əziz müəllimlərimizin də geyimlərinə aiddir. Ən əsas arzum da budur ki, hər bir məktəbli hec olmasa bir musiqi alətində ifa etməyi mütləq bacarsın. Bu məsuliyyət isə orta məktəbdə nəğmə müəllimlərinin üzərinə düşür".
O sosial şəbəkələrin məhdudulaşdırılmasına da münasibət bildirib və bu addımı dəstəklədiyini deyib:
"Elə dövlətlər var ki, orada sosial şəbəkələrdən istifadə qadağandır. Ancaq, bizə sərbəstçilik verilib. Hətta bu sərbəstçilik gələcəyə bir uçurumdur. Arzu edirik ki, gələcəkdə bu barədə müəyyən qanunlar tərtib olunsun. "Kimlər sosial şəbəkədən istifadə edə bilər, kimlər sosial şəbəkədən istifadə edə bilməz?!
İki gündür sosial şəbəkələr yoxdur, Yəqin bir çox evlərdə ünsiyyətlər harmoniyası cücərdi. Nə yaxşı olardı sosial həyata limitli qərar çıxarılsın. O zaman həyat xilas olacaq. Çünki, insanlar düzgün yaşayırsa, həyatda xoşbəxt olur".