33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO

33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
SOSİAL
13:28 17.11.2026
57
İdmançı, bloger Şükran Soltanov İçərişəhərdə vətəndaş parkinq üçün 33 manat ödədiyini bildirib. O, sosial şəbəkə hesabında paylaşım edərək parkinq qiymətindən narazılığını ifadə edib. Paylaşım izləyicilər arasında da müzakirələrə səbəb olub.

Ümumiyyətlə parklanma tarifləri hansı meyarlar əsasında müəyyənləşdirilməlidir? 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu gün Azərbaycanda istər nəqliyyat vasitələrinin idarə edilməsində, istər parklanma xidmətlərinin təmin olunmasında, istərsə də digər xidmətlərdə vətəndaşların narazılığına səbəb ola biləcək məsələlərin qarşısını almaq lazımdır:

"Bu gün Azərbaycan Respublikası ərazisində, o cümlədən paytaxt Bakıda vahid parklanma sistemi və müəyyən edilmiş parklanma tarifləri mövcuddur. Bu tariflər parklanma xidmətlərindən istifadə edən hər kəs üçün əsas götürülməli, müəyyən edilmiş qiymətlərdən kənara çıxılmasına yol verilməməlidir. Artıq təsdiq edilmiş tariflərdən əlavə ödənişlərin tələb olunması və ya müxtəlif bəhanələrlə vətəndaşlardan əlavə vəsait alınması halları texniki nasazlıq kimi qiymətləndirilməməlidir. Belə halların qarşısı alınmalı, parklanma sisteminin fəaliyyəti üzərində müvafiq nəzarət təmin edilməlidir. Əgər nəqliyyat vasitələrinin idarə olunması və parklanma xidmətlərinin təşkili ilə bağlı müəyyən çətinliklər varsa, görülən işlər bu problemlərin aradan qaldırılmasına, nəqliyyatın rahat və komfortlu təşkilinə, eləcə də vətəndaşların xidmətlərdən maneəsiz istifadəsinə yönəldilməlidir.
Nəqliyyat xidmətlərinin təmin edilməsində əsas zərurət və ehtiyac da məhz bundan ibarətdir. Bu gün həmin sistemlərin düzgün işləməsini təmin edə bilməsək, problemlər sabaha və sonrakı günlərə qalacaq. Bu isə öz növbəsində vətəndaşlar üçün ciddi çətinliklər yaradacaq”.

Aynur Babazadə
 
OXŞAR XƏBƏRLƏR