Azərbaycan-Böyük Britaniya münasibətlərinin tarixi və strateji əsasları

Azərbaycan-Böyük Britaniya münasibətlərinin tarixi və strateji əsasları
SİYASƏT
10:40 17.11.2026
52
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi təməli mövcuddur. Birləşmiş Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında qarşılıqlı etimada və möhkəm hüquqi-siyasi təmələ söykənən diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulmuşdur.

1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əsas yaradıb. Bu sənədlər ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına xidmət edib.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əməkdaşlığın gələcək onilliklər üçün yol xəritəsini müəyyən edir. Sənəd həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi bir daha nümayiş etdirir.
 
Ramil Bəkirov
Göygöl rayonu Şəhriyar kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini

OXŞAR XƏBƏRLƏR