2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq

2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
İQTİSADİYYAT
16:21 20.11.2026
97
Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi enerji resurslarından əhəmiyyətli gəlir əldə edən ölkələr üçün bu dəyişikliklər mühüm əhəmiyyət daşıyır. Neftin bahalaşması və ya ucuzlaşması dövlət büdcəsinin gəlirlərindən tutmuş valyuta ehtiyatlarına və iqtisadi sabitliyə qədər bir sıra istiqamətlərdə özünü göstərə bilər. Bəs 2027-ci ildə dünya bazarında neftin qiymətində kəskin dəyişiklik baş verərsə, Azərbaycan iqtisadiyyatını hansı proseslər gözləyir? 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2027-ci ildə dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycana bir neçə istiqamətdə təsir göstərə bilər:

"Bu təsirin benzin və dizel qiymətlərində avtomatik şəkildə əks olunacağını düşünmürəm. Çünki Azərbaycanda yanacağın pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir. Buna görə də dünya bazarında neft bahalaşsa və ya ucuzlaşsa belə, daxili yanacaq qiymətlərinin dəyişməsi Tarif (Qiymət) Şurasının qərarından asılı olacaq. Digər tərəfdən, neftin qiymətinin yüksəlməsi ölkənin ixrac gəlirlərini və büdcə imkanlarını artıra, ucuzlaşması isə gəlirləri azalda bilər.
Neftin qiymətindəki bahalaşma daha geniş təsiri nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində hiss oluna bilər. Xüsusilə dizelin bahalaşması yükdaşımaların, kənd təsərrüfatı texnikasının və məhsul istehsalının maya dəyərini artıra bilər. Bu isə ərzaq məhsullarının, tikinti materiallarının və digər malların qiymətlərinə dolayı təsir göstərə bilər”.

Ekspert əlavə edib ki, neftin ucuzlaşması yanacaq və daşınma xərclərinin azalması üçün imkan yaratsa da, bu ucuzlaşmanın son istehlakçı qiymətlərində tam əks olunacağına zəmanət yoxdur:

"Əsas məsələ odur ki, Azərbaycan iqtisadiyyatı hələ də neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də 2027-ci ildə neftin qiymətində baş verəcək dəyişikliklər təkcə yanacaq bazarı deyil, dövlət büdcəsi, investisiya imkanları, valyuta daxilolmaları və ümumi iqtisadi fəallıq baxımından da mühüm əhəmiyyət daşıyacaq”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
16:24 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
16:21 20.11.2026
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
16:18 20.11.2026
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
16:05 20.11.2026
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
15:56 20.11.2026
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
15:46 20.11.2026
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
15:35 20.11.2026
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
15:31 20.11.2026
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
15:28 20.11.2026
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
15:17 20.11.2026
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
İran–ABŞ qarşıdurmasında təhlükəli mərhələ - Müharibə genişlənə bilər
14:54 20.11.2026
İran–ABŞ qarşıdurmasında təhlükəli mərhələ - Müharibə genişlənə bilər
ADPU-dan ittihamlara reaksiya: "Həqiqəti əks etdirmir"
14:49 20.11.2026
ADPU-dan ittihamlara reaksiya: "Həqiqəti əks etdirmir"
"Ağdam erməni vandalizmin şahididir"
14:49 20.11.2026
"Ağdam erməni vandalizmin şahididir"
Azərbaycanda əcnəbilərin işləmək istədiyi sahələr məlum oldu - Rəsmi
14:34 20.11.2026
Azərbaycanda əcnəbilərin işləmək istədiyi sahələr məlum oldu - Rəsmi
İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırıldı
14:33 20.11.2026
İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırıldı
Noyabr pensiyaları tam ödənildi
14:06 20.11.2026
Noyabr pensiyaları tam ödənildi