Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
İQTİSADİYYAT
16:53 19.11.2026
81

STEP Young: Novo-nun semaqlutid əsaslı innovativ preparatı piylənmə ilə yaşayan 6–11 yaşlı uşaqların təxminən 80%-də bədən kütlə indeksini ən azı 10% azaldıb.

Novo 6–11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə STEP Young tədqiqatının nəticələrini açıqlayıb. Semaqlutid inyeksiyası alan qrupda bədən kütlə indeksi (BKİ) 68 həftə sonra orta hesabla 17,4% azalıb. Təsiredici maddəsi olmayan inyeksiya (plasebo) alan qrupda isə bu göstərici 2,2% artıb.

Tədqiqata qatılan 167 uşağın 85%-dən çoxunda başlanğıcda ağır piylənmə olub. Hər iki qrupa həftəlik inyeksiya ilə yanaşı, daha az kalorili qidalanmaq və daha çox hərəkət etmək üçün dəstək göstərilib. Nəticələr ObesityWeek 2026 konfransında təqdim olunub və The New England Journal of Medicine jurnalında dərc edilib.

BKİ boy və çəki əsasında hesablanır. Uşaqlarda bu göstərici yaşa və cinsə uyğun qiymətləndirilir. Tədqiqatçılar əlavə təhlildə bütün uşaqların müalicəni plan üzrə davam etdirdiyini və çəkiyə nəzarət üçün başqa müalicə almadığını fərz ediblər. Bu hesablamaya görə, 68-ci həftədə BKİ-si ən azı 10% azalan uşaqların payı semaqlutid qrupunda təxminən 79%, plasebo qrupunda isə 0% olub.

Dünya Piylənmə Federasiyasına görə, 2025-ci ildə dünyada 5–19 yaşlı təxminən 177 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayırdı. Piylənmə uşaqların gündəlik həyatına təsir edə, 2-ci tip diabet və yüksək qan təzyiqi riskini artıra bilər.

Novo-nun semaqlutid əsaslı innovativ preparatı inyeksiyası uşaqlarda piylənmənin müalicəsi üçün 12 yaşdan etibarən təsdiqlənib. 6–11 yaşlı uşaqlarda istifadəsi hələ tədqiqat mərhələsindədir. Semaqlutid qan şəkərinin və bədən çəkisinin tənzimlənməsində iştirak edən təbii GLP-1 hormonunun təsirini təqlid edən dərmandır.

Novo Nordisk 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.

Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.

Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
17:07 19.11.2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
16:55 19.11.2026
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
16:53 19.11.2026
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
16:45 19.11.2026
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
16:33 19.11.2026
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
16:24 19.11.2026
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
16:22 19.11.2026
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
16:07 19.11.2026
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
16:05 19.11.2026
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
Məşhur futbolçu karyerasını bitirdi
16:02 19.11.2026
Məşhur futbolçu karyerasını bitirdi
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
15:43 19.11.2026
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:39 19.11.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
15:24 19.11.2026
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB
15:20 19.11.2026
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB
Mühüm təyinatla bağlı DİM niyə paylaşım etmir?
15:12 19.11.2026
Mühüm təyinatla bağlı DİM niyə paylaşım etmir?
Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşdı
15:10 19.11.2026
Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşdı