Biznes hesabı üçün bir neçə iş günü gözləməyə
ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə
həmin gün, dəqiqələr içində edə bilir.
Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri
qeydiyyat sorğusunu doldurur və valyuta seçir, şirkətə aid məlumatlar isə
sistemə avtomatik gəlir. Sonra sənədlər formalaşdırılır və ASAN İmza ilə
imzalanır, istəyə görə nüsxələr şəxsi e-mail ünvanına göndərilə bilər. Yekunda
məsafədən identifikasiya aparılır və uğurlu nəticədən sonra hesab aktivləşir.
Bütün bunlar banka getmədən, tam rəqəmsal formada baş verir!
Hesab açılışı üçün ödəniş tutulmur. Qeyd edək
ki, yeni müştərilər üçün xidmət iş günləri saat 09:00–17:00 arası işləyir.
Aktivləşən hesab üzrə köçürmələr, əməkhaqqı ödənişləri, konvertasiya və digər əməliyyatlar
İnternet Bankçılıqda bir neçə kliklə icra olunur.
Yelo İnternet Bankçılıq xidməti: https://ylb.az/ibank.
Onlayn bank hesabi acmaq üçün əlavə dəstək lazımdır? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!











































