Azərbaycan və Gürcüstan universitetləri arasında memorandum imzalandı

Azərbaycan və Gürcüstan universitetləri arasında memorandum imzalandı
SOSİAL
10:49 18.11.2026
49
Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfrans çərçivəsində Azərbaycanın 8, Gürcüstanın isə 17 ali təhsil müəssisəsi arasında ümumilikdə 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanan sənədlər universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin təşviqini, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini nəzərdə tutur.

Memorandumlar Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlib.
OXŞAR XƏBƏRLƏR