Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
16:24 24.11.2026
39
Noyabrın 21-də Sumqayıt şəhərində oğurluq hadisəsi qeydə alınıb.
 
Gecə saatlarında şəhər ərazisində yerləşən evlərin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb. 

Polis tərəfindən keçirilən tədbirlə əməli törədən narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR