İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanıldı

İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanıldı
KRİMİNAL
15:26 23.11.2026
49
Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, zərərçəkən "Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR