Direktor müavini təyin olunan Kəmalə Əliyeva kimdir? - DOSYE

Direktor müavini təyin olunan Kəmalə Əliyeva kimdir? - DOSYE
SOSİAL
13:22 23.11.2026
37

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kəmalə ƏliyevaZaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini təyin olunub.

 

AZXEBER.COM Kəmalə Əliyevanın dosyesini təqdim edir:

 

Kəmalə Əliyeva Bakı Dövlət Universitetində "Riyaziyyat” ixtisası üzrə bakalavr, ADA Universitetində isə "Təlimin və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə magistratura təhsili alıb.


Əmək fəaliyyətinə 1995-ci ildə Salyan şəhər Y. Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2011-ci ilədək həmin məktəbdə çalışan Kəmalə Əliyeva 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində müəllim, Əyani şöbə müdiri və Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.


Peşəkar fəaliyyəti ərzində müxtəlif yerli və beynəlxalq təlim proqramlarında və konfranslarda iştirak edib. Həmçinin, orta ixtisas təhsili sahəsində bir sıra tədqiqat işlərinin müəllifidir.

 
Günel
OXŞAR XƏBƏRLƏR