19 yaşlı qalib yarışmadan bu qədər pul alacaq

MARAQLI
19:16 25.03.2024
269
Xəbər verdiyiniz kimi Türkiyədə maraqla izlənən "Kim Milyoner Olmaq İster" yarışmasının iştirakçısı Berk Göktaş 5 milyon TL dəyərindəki sualın cavabını taparaq tarixə düşüb. 

AZXEBER.COM xəbər verir ki, 19 yaşı olan və Boğaziçi Universitetində təhsil alan Berk Göktaş 5 milyon TL dəyərində final sualına düzgün cavab verərək əsas mükafatı qazanıb. 

Bu gün onun qazandığı pulun neçə fazini ala biləcəyi məlum olub. Belə ki, Göktaş 20 faiz vergi tutulmasından sonra 4 milyon lirə alacaq. 

Qeyd edək ki, Berk Göktaşın 19 yaşı var, əslən Çanaqqalalıdır və İstanbulda yaşayır. Boğaziçi Universiteti Kompüter Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi olan gənc fizika və kosmosla maraqlanır.

Aysel

OXŞAR XƏBƏRLƏR