bu da bir imza: şahlar ruhi.
Onunla bir yay axşami taniş olmuşuq. dostlar taniş elədilər. ilk qarşilaşmamizda mənə qısa bir yazi oxudu. oturduğum yerdən dikəlib sadəcə bir ifadə işlətdim: ”sən yazmaq məcburiyyətindəsən.” onun şeytan gözləri oyur-oyur oynayirdi. neçənci kərəmdi kökü, qaynaği yaziya dayanan bir işiğin mənimlə gizlinqaç oynadiğinin fərqindəydim. deyəsən nə qədər gizlənsə də mən onu tapmişdim. əgər ona o yay axşami oturduğum yerdən dikəlib söyləməsəydim, “sən yazmaq məcburiyyətindəsən”, varlığımı sarmalayacaq bir ağrı heç vaxt yaxamdan əl çəkməyəcəkdi. sağ olsun, məndən xeyli balaca olsa da, üzündəki şeytan işiği, yazi işiğini oynadib özünün ta əvvəldən sahib olduğu sakitliyə çəkdi.
sifətindəki pozulmuş simmetriya da mənə çox şey deyirdi. pozulmuş simmetriya. harda. üzdə. baxişlarda. danişiğinda da get - gedə fərq elədiyim simmetriya pozuntusu görünməyə başlayirdi. nəhayət bu ədəbiyyat qalabaliği içində mənim fərq edərək əl uzatdiğim bir gəncin pozuq simmetirya ilə ortaya qoyduğu bir nəsr nümunəsinin ot kimi, yaşilliq kimi, ağac kimi bitimini görməyə başlayiram.
qürur duyuram, bu işiq kimi, işiq kimi onu oxuduqca düzülən sözlərə, cümlələrə, fikirlərə, üsluba, tərzə, gənc-lik adli bağişlanilmaz, bağişlamayan ədəbiyyat, söz ehtişamlı səltənətin qürurlu sehrinə...
şahlar ruhi imzasi öz yaşidlari arasında bir təlatümdür. o hətta bu əsərindən sonra özündən yaşli nəslin söz ehkamlarini, sənət dağarciqlarini darmadağin edərək, yaradiciliq dünyalarinda tufanlar qoparmaği bacardi.
bu günlərdə çapdan çixmiş “bir cüt cansiz” nəsr kitabi bir əsər olaraq sənətdə yazi təfəkkürünün tamliğindan xəbər verir. iki ay əvvəldən əsəri oxusam da, gözlədim ki, fikrimi kitab şəklində çıxandan sonra qələmə alım. Bu əsər mənim üçün ona görə doğmadı ki, 2005-ci ildə yazdığım ancaq çap məsələsi heç cür mümkün olmayan quşların dilindən qələmə alınmış bir romanımı ( belə baxıram, deyəsən hələ uzun müddət çap olunmayacaq) xatırlatsa da, ancaq hər ikisi fərqli-fərqli mətləblərdən xəbər verirlər. bu yazi təfəkküründəki yazi tamliği bir yaradici kişinin ruhsal aləminin, dünyəvi izlənimlərinin reaksiyasinda bir kimlik oluşdurur, yeni bir əsər haqqinda, əsərin bağli olduğu dəyər kökləri haqqında sayqidəyər yaklaşimlar, təəssüratlar oyadir. ilk əsər olaraq yazari təmsil edən bir yazi nümunəsi hər halda daşidiği məsuliyyəti dərk elətdirməklə yanaşi, həm də bu məsuliyyətin arxetiplərinin yeni nümunələrini bizə təklif edir. sanki bir hizmətçi rolunda çixiş edərək bu hizmət görəvi əsər boyunca səni yazarin yaddaş ölçülərini bütün detallarindan sakit, soyuqqanli bir tavrla bütün energetik nöqtələrindən keçirir. özü də bu geçiş törəni heç bir mina partladilmadan, terroris fəaliyyət bulundurulmadan, tam mədəniyyət görüntülərindən sui-istifadə edilmədən, sözün dil içərisindəki bir yazarin təcrübəsi qədərincə oxuyana sixinti vermədən reallaşdirilir, reablizitasiya edilir.
əsəri oxuyan ilk azərbaycanli oxucu füzulinin “meyvələrin söhbəti” əsərini xatirlaya bilər. daha neçə-neçə nümunələrin göz önündə bulunma imkanı qaçinilmazdir. ancaq qətiyyən “ bir cüt cansiz” özünə qədərki heç bir əsərin təkrari ola bilməz. bu əsər öz nəfəsi, müasirliyi ilə üslub, ideya diktəsini də təlqin etməyi əsirgəmir.
Füzulinin dühasindan və ona qədərki yazi təcrübəsindən süzülüb şahlara qədər gələn ədəbiyyatimizdaki estetik baxiş acisi yipranma deyil, bu gün daha yeni, daha təzə, daha qapsamli bir təfəkkür estetikasını, düşüncə üslubunu öz himayəsində saxlayir.
ayaqqabilari vasitə edərək dünyanin mahiyyəitini, həyatimizdaki çağdaş realliqlari məhz belə bir təmsilvari, ezopik dillə, üslubla azərbaycan türkcəsində səsləndirmək, azərbaycan türkcəsinin müasir təhkiyəsi içərisinə, təhkiyənin dərk vasitəsi olaraq əlaqə qurmasi baximindan mətin daxilində gerçəkləşdirdiyi tərzi, real elədiyi gücü, hər şəxsin fonunda tamladiği bir yazi ölçüsünü mahiyyət, keyfiyyət ölçülərinə qurban vermək olayını, sadəcə istedadin doğal gücündə görmək lazimdir.
“bir cüt canli” nəsr nümunəsi milli nəsr, proza təcrübələrimizin təhlükəsizliyində bizə həm də qayidişi, (klassik, müasirlik konteksində) ədəbi ərazilər içərisindəki iki məsafə arasindaki hərəkət trayektoriyasinin məhz doğru istiqamətindən, qurbanlarin, yəni zamanin az xərclənib böyük sursatlarin, ləvazimatlarin ələ keçirilmə şölənindən bir duyğu oyandirir.
bu hərəkət trayektoriyasi dediyimiz ədəbi dinamiklik, canliliq, bir öncəki ədəbi tarixin bir sonraki ədəbi dönəmə intiqali, təcəllasi kimi də dəyərləndirilə bilər.
“bir cüt cansiz” əsəri elə bir cüt canlidan yazilmişdir. ikili sistemdən, dualist düşüncə tərzindən, həm də sağ-sol, xeyr –şər savaşindan, işbirliyindən bəhs edən, iki ayaqqabinin xeyr-şərliyi, qadin kişiliyi həyatimizdaki real dediyimiz hadisələrin, qəbulləndiyimiz sterotiplərin iç üzün açir, maskasini yirtir. bu əsər alişdiğimiz gerçəklərin iç üzün açmaq, maskasini yirib ona özünün gerçək üzünü tanitmaqsa, digər bir əhəmiyyəti bu üzü özümüz də görmək instiktimizi darmadağin edərək hər varliqda gəzdirilən yükün azalmasi da hesab etmək olar. hər kəsin eyni tərzdə yazdığı sicilləmələrə qarşı şahların bu əsəri özgür üslubu, tərziylə, gerçəkdən, fırtınalar qoparır.
**
“...ayaqqabi olmaq çətindir səncə?..”
əsər dialoqlarla başlayir. ayaqabilarin söhbətləri ilə. hardasa bir az da tanişliqdan başlayir bu dialoq. əsərdəki bu dialoq iki cansiz əşyanin hansisa insanlarin, hansisa düşüncələrin, hansisa etnosun mədəniyyət daşiyicilarinin maskasini yirtmaqla məşğuldur. ümumiyyətlə, əsər boyunca təmsil eyhamiyala yazilmiş mətndə maska yirtmaq üçün münbit bir zəmnin, şəraitin bədiyyati göz qabağindadir.
ayaqabbinin biri qadin biri kişi rolunda çixiş edir. bir insana məxsus olacaq bu ayaqqabilarin biri liza, biri isə met adini daşiyir. təbii, bu ayaqabilarin adlari yaşar, leyla da ola bilərdi, həm də oxuyan düşünə bilər ki, nədən bu adlar da olmasin? ancaq əsərdəki fakt faktliğinda qalir, bu fakt da getdikcə əsərin mətinalti təlqinlərini ortaya çixarir.
bu ayaqqabi obraz seçimi həm də fərqli cinslərin təmsilçiliyini daşimaqala heç vaxt bir-birinə qovuşma imkanlarinin olmadiğina sərt bir bədii eyhamdir. hər ikisinin ayriliqda bir varliği, bir mahiyyəti ifadə eləməyə yönəlmiş funksiyalari həyatin sonuna qədər heç vaxt birgəlikdən xəbər verməsə də, nə zamansa bir dəridən, bir bütövlükdən ayrildiqlari da həyati dəlildir. ancaq bədii həqiqətlər bunu söyləmir, başqa bir arqumetləri bizlərə ya təqdim edir, ya bizimlə taniş edir. məncə, belədə, o hqiqətin təqdimatindansa, onunla yaxindan tanişliq daha çox işin -əsərin, müəllifin demək istədiklərinə doğru yolçuluğumuzda faydali, məqsədli olacaqdir.
liza təcrübə sahibidir. hətta nə vaxtsa doğulmuş, ikinci dəfə həyata qayidan adam rolunu oynayir. reankarnasiyon, yaxut, kliniki ölüm keçirmiş canli rolunda. o, liza nə vaxtsa buralarda olub. o bu həyati, bu realliqlari yenidən yaşayir.
**
1.ayaqqabilar insanlari təmsil edir əsərdə. bəs görəsən insanlar nəyi, kimi təmsil edir əsərdə. bu bədii təşəbbüs nəyə, hansi metefizik həqiqətlərə işarə edir. yoxsa, cansiz əşyalar insani təmsil elədiyi kimi, insanlar da cansiz əşyalarin porotottipinə, ekvalaentinə çevrilməyə başlayir. hər halda bu əsər üçün belə bir “qarşiliqli işləməyə” çixiş yolu qoymaq məndən olsun. digər yöndən isə insan tipləri isə burda bir başa metafizik güclərin varliğini, ən azindan bizim təfəkkürümüzdəki qaliqlarini, şüurumuzdaki izlərini ifadə eləmək baximindan da maraq doğurur.
2.bu ayaqabilar ucuz da deyil. ilk olaraq bu ayaqqabilari varli bir biznesmen alir. liza metə deyir: “ mən xoşbəxtliyin nə olduğunu bilmirəm”. bu dialoq görüşdükləri əsnada baş verir. liza əslində bir dəfə geyilmişdi. yəni o biri tayi ilə birgə yaşamiş, bu “xoşbəxtliyi” dadmişdi. əslində “xoşbəxt “olmayan met sayilmali gərəkirdi. hə, bu da ola bilərdi ki, lizani geyinən adam təkayaqli birisidir. əsərdə bu hadisə görünmür.
3.əsərdə səbirsizlik edən, sevə bilən yalniz qadindir. lizadir. qadin ayaqqabidir. bəlkə qarşiliqli olardi bu sevgi. bəlkə met, kişi ayaqqabi bu həssasliği, duyğularin əsiri daha çox olardi?
4.ayaqqabilarin zəngin bir məkanlardaki macəralari bəlli bir yerdən sonra sahibinin macərasi ilə əvəz olunur. bu əvəzlənmə əsla boşluq, uyuşmazliq şəklində nəzərə çarpmir.əslində əsərin ideya hədəfini daha da kulminasiyon nöqtədə başqa bir kulminasiyon nöqtəylə tamamlayir. əslində maraqlidir, cansiz əşyalarin bir - birindən ayrilmamq sevdasi, bəzən uzaq düşmək kimi sərüvəninidəki iztrablar canli, kamil varliqlarin real həyat şəraitində məqsədyönlü stüasiyalarla davam etdirilir. yenidən susmuş, yerini canlilara vermiş cansizlar-ayaqqabilar indi kasib bir ailənin əhatəsindəki ayaqqabilarin içinə düşmüşlər. yoxsul bir rəssamin ailəsindəki kasib ayaqqabilarin əhatəsi onlari mühitə görə deyil, məhz kasib, çiriq-sökük ayaqqabilarin durumundan, acinacaqli həyat tərzindən dolayi ağrıdır. nəhayət, bir gün ayaqqabilar o qədər köhnəlir ki, atilmali olurlar. gözdən könüldən uzaq bir zibillikdə yandirilirlar. sonucda bu zibillik qarişiğindan çixan tüstülər içində “nazik, boz tüstü qalxaraq uzaqlara getdi. cənnətə qayidirdilar.” iki süjet xəttdində tamamlanan, bütövləşən bu əsər ayaqabilarin dünyanin yaranişinda ilkinlikləri təlqin edərək, hər şeyin gəldiyi yerə bir gün dönəcəyini vəd edir. bu dönüş üçün də yaşadiğin sürə boyunca sənin qəbul elədiyin ehkamlar, həyat tərzin gələcək həyatindaki dərəcəni, halini müəyyən edəcək ideyasini üzə çixarir.
5.bu əsər həm alleqorik, həm real həyat hekayəsinin sintezini özündə birləşdirdiyindən ümumiyyətlə, belə bir qənaət hasil olur: çağdaş dünyada insan və insani dəyərlər arxa plana keçərək, cansiz əşyalar, materialist görüntülər mənəvi dəyərlərin önünə keçir. insan artiq ikinci plandadir. əslində isə yaşadiğimiz ictimai-siyasi dünya formasiyasi aşaği-yuxari eyni yaşam tərzi sərgiləyir və vəd edir. yenə insan hər zamanki kimi əşrəfi məxluq rolundadir. ancaq insan öz missiyasini bu dünyada yerinə gətirməməklə, Allahin iradəsinin əleyhnə gedərək bütün işləri bərbat duruma salir. xaosa aparan xaos da insanliq üçün fəlakət gətirəcək bir həyat ortaya çixarir.
6.bu əsər heç vaxti milli əsər ola bilməz. bu əsər bəşəriyyət üçün yazilmiş əsərdir. belə əsərlər bir dildə yazilsa da, istənilən halda ordaki obrazlarin adlarini dəyişməklə istənilən xalqin dilində adlar qoyub əsəri oxuya bilərsən. sadəcə olaraq, bu əsərdə baş verən stuasiyalar avropada baş verir. bir azərbaycanli üçün türkcəmizdə qələmə alinan belə bir əsərin hansi məsajlar irəli sürdüyü də fikir doğurur.
məncə, şahlar alleqoriq üslubdan yararlanmaqla vermək istədiyi məqsədi məharətlə üzə çixara bilib.
əsərin dili mövzuya uyğun olaraq sadədir. sanki uşaq təfəkkürü ilə yazilib. belə də olmasi gərəkir. əşyalar da bəşərin ibtidai şüur səviyyəsi ilə dilləndirilir.
dialoqlar yiğcam, canli, inandiricidir.
kifayət qədər uzunçuluqdan qaçmağa çalişib.
əsəri oxuduğun zaman müəyyən yerdlərdə hadisələrin bu şəkildə deyil, xəyalinda uydurduğun bir variantda inkişafini istəyirsən. bu yazarin istedadidir. mətn içərisində şifahi mətnə sahiblənirsən. gözəldir.
əsərdə kifayət qədər dil xətalari, bir neçə yazi xətalari, ideya baximdan mətnə xələl gətirən yanlişliqlar da yer almasina baxmayaraq, mən bu əsərin işiqli tərəfinin dişinda heç bir bədii yönümünə toxunmuyacam. Mən əsərin həm də zehtiyatda saxladığım qayəsinə başqa bir yazımda qayıdacağam. Bu əsər istənilən adamın bütün gizlinlərini üzə çıxarmasına münbit şərait yaradır.
dostlar, mən dəfələrlə bir fikir səsləndirmişəm. yazarin mövzusu olar. yazar mövzulu olmalidir. bu ölkədə hər yazarin mövzusu olmur. şahlar mövzusu olan yazardir. o nə yazdiğini bilir. o, yazdiği əsərlərin hər biri bir- birini izləyir, bir-birinin içindən - dişindan çixir, doğulur. bir də onun yazdiği mətnlərin mövzusunu kimsə yazmir, yaza da bilməz. onu yalniz şahlar ruhi adli bir gənc yazar qələmə ala bilərdi, onu da edib.
belə bir əsəri oxumağa başlayan adam 21-ci əsrin başlanğıcında düşünür ki, nədən əsərin qəhrəmanları cansız əşyalardır. Xeyr ola? Qısa olaraq deyirəm: yazarın maraqlı bildiyi vacib bir ideyanı təsirli qılması, həyat reallıqlarını, zəmanəsinin həqiqətlərini oxucuya çatdırmaq üçün belə bir üsula, cansız əşyaları obrazlaşdırmasına üstünlük verməsi daha etkilidir.əsərin bəlli bir yerinə kimi cansız obrazlara canlı obrazların da əlavəsi, sonra da hər iki qismdən olan obrazların gah paralel, gah da ayrılıqda təmsil edilməsi mətnə fərqli bir özəllik aşılayır. Bu mətn əvvəldən cansız obrazlarla başlayıb axıra kimi də davam edə bilərdi.
Sadəcə yazar ilk dəfə ənənəçiliyi də dağıdaraq belə bir addım atmaqla oxucuya yeni bir bədii stüasiyalı, sintez obrazlar konteksində yeni dünya düzənindəki yerimizin işartılarını göstərə bilir.
mənim sadəcə məqsədim maraqli bir imzanin son dərəcə maraqli bir əsərinindən xəbər verməkdir. lütfən, deyirəm, oxuyun, səmimiyyətinizi cilovlamayin, etiraf etməyi bacarin. bu qədər.
mən, istedadını idarə etməyi bacaran əzizim şahlar ruhiyə yalniz sonsuz uğur diləyə bilərəm. tanri səni qorusun, sənə yar olsun, gənc qələm dostum.
HÖRMƏTLƏ: XANƏMİR