Virtual oyunlar real təhlükə mənbəyidir - Təhlükəli oyunlara qarşı ciddi addımlar atılmalıdır

Virtual oyunlar real təhlükə mənbəyidir - Təhlükəli oyunlara qarşı ciddi addımlar atılmalıdır
SOSİAL
16:55 26.02.2026
1079
Son vaxtlar uşaqların fiziki və mənəvi inkişafına təsir edən onlayn oyunlarla bağlı müzakirələr yenidən gündəmə gəlib. Müzakirələr xüsusən də dünyada milyonlarla uşaq tərəfindən istifadə olunan "Roblox” platforması ilə əlaqədardır. Bu oyun dünyada ən böyük onlayn oyun şəbəkələrindən biri olsa da, valideynlər və ekspertlər uşaqlar üçün potensial təhlükə mənbəyi olduğunu qeyd edirlər. İstifadəçilərin təxminən 40%-i 13 yaşdan kiçik azyaşlılardılar. Hər gün platformaya istifadəçilər tərəfindən 40 milyondan çox məzmun yüklənir.

Qlobal miqyasda isə oyunla bağlı müxtəlif ölkələrdə təhlükəsizlik təhlilləri və araşdırmalar aparılır. Roblox Rusiyada terrorizm və LGBT problemləri ilə bağlı təbliğat apardığına görə bloklanıb. Bununla yanaşı "Roblox” Misir, İraq, Türkiyə, Çin, Fələstin kimi ölkələrdə də bloklanıb. Bəzi ölkələrdə isə oyun müəyyən qədər məhdudlaşdırılıb. Azərbaycanda da oyunla bağlı müəyyən addımların atılacağı gözlənilir. Azərbaycan dövlət orqanları "Roblox” platforması ilə bağlı ictimai təhlükəsizlik və uşaqların onlayn təhlükəsizliyi mövzusunda müzakirələr aparırlar. Məsələn, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində platformanın uşaqlara təsiri və nizamlanması məsələləri müzakirə olunub. 

"Roblox” 2004-cü ildə David Baszucki və Erik Cassel tərəfindən "DynaBlocks” prototipi kimi yaradılıb, 2005-ci ildə adı "Roblox” olaraq dəyişdirilib. 2006-cı ildə platforma rəsmi istifadəyə verilib. "Roblox” istifadəçilərə həm oyun oynamağa, həm də öz oyunlarını yaratmağa imkan verir.

Milli Məclisin deputatı, Elm və təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, günümüzün ən aktual məsələlərindən biri də təhlükəli oyunlardır:

"Biz bu gün televiziyaları müzakirə edərkən, ən ciddi problemlərimizdən birinin də oyunlar olduğunu qeyd etməliyik. Məsələn, "Mavi Balina”,  "Roblox”, "Weplay” kimi oyunlar ciddi şəkildə uşaqlara təsir edir. Belə oyunlara həssas yanaşmaq lazımdır. Belə oyunlar uşaqların düşüncəsinə və psixologiyasına ciddi təsir göstərir. Təhlükəli oyunlarla bağlı maksimum diqqətli olmalı və müəyyən addımlar atmalıyıq”.

Deputat deyib ki, bu cür oyunların sərbəst istifadəsinə qadağa qoyulmalıdır:

"Bu cür oyunların sərbəst istifadəsinə qadağa qoyulmalı və onların istifadəsinə icazə verilməməlidir. Çünki oyunlar müəyyən problemlər yaradır və bu problemlərdən çıxış yolu yalnız tədbirlərin görülməsindədir. Əks halda, biz bu prosesdən daha çox əziyyət çəkəcəyik, narahatlıq yaşayacağıq. Gələcək nəsillərin tərbiyəsinə də ciddi təsir göstərəcək. Ona görə də, bu sahədə ciddi işlər görməli və addımlar atmalıyıq ki, prosesi tənzimləyə bilək”.

Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli AZXEBER.COM-a açıqlamasında deyib ki, təhlükəli oyunlarının təsiri nəticəsində uşaqlarda cinayətə meyillilik artıb:

"Sosial şəbəkələrin və bəzi təhlükəli oyunlarının təsiri nəticəsində uşaqlarda cinayət” meyillilik artıb. Məsələn, "Roblox” platformasında bəzi oyunlar uşaqların inkişafına mənfi təsir göstərir. Uşaqlar bu oyunları oynadıqdan sonra cinayəti, insan öldürməyi və intiharı adi hal kimi qəbul edə bilirlər. "The Streets”, "De Hood” və "Criminality” kimi oyunlar uşaqlarda cinayəti sevgi  hissi kimi aşılayır. Bu oyunlardakı ssenarilər uşaqlarda aqressivlik, qorxu və stress yaradır. Əgər uşaqlarınız bu oyunları oynayırsa, deməli onlarda cinayətə meyillilik var”.

O söyləyib ki, bu oyunlara görə uşaqlar real həyatla virtual mühiti ayırd etməkdə çətinlik çəkirlər:

"Nəticədə uşaqlar real həyatla virtual mühiti ayırd etməkdə çətinlik çəkir, riskli davranışlara daha meyilli olurlar. Əgər uşaqlar bu cür oyunları davamlı şəkildə oynayırsa, onların psixoloji vəziyyətində və davranışlarında mənfi dəyişikliklərin baş verməsi ehtimalı artır. Bu baxımdan valideynlər daha diqqətli olmalı, uşaqların oynadığı oyunları və izlədiyi məzmunu mütəmadi olaraq nəzarətdə saxlamalıdırlar. Uşaqlara sərbəst şəkildə "Roblox” kimi platformalara çıxış imkanı verilməməli, yaşa uyğun olmayan oyunlar qadağan edilməlidir. Eyni zamanda valideynlər uşaqlarla açıq ünsiyyət qurmalı, oyunların real həyatdakı nəticələrini onlara izah etməli və rəqəmsal təhlükələr barədə maarifləndirmə aparmalıdırlar”.

H.Heydərli qeyd edib ki, dövlət qurumları və müvafiq təşkilatlar isə təhlükəli oyunlar üzərində nəzarəti gücləndirməlidir:

"Valideyn-uşaq ünsiyyətinin gücləndirilməsi, uşaqlara real həyat dəyərlərinin aşılanması və alternativ, faydalı məşğuliyyətlərin təşviqi vacibdir. Dövlət qurumları və müvafiq təşkilatlar isə sosial şəbəkələr və təhlükəli oyunlar üzərində nəzarəti gücləndirməli, yaş məhdudiyyətlərinin effektiv tətbiqini təmin etməlidirlər. Bu cür tədbirlər uşaqların sağlam inkişafı və cəmiyyətin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı”mövzusunda dərc edilib.

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib