Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda bir neçə kənddə səkkiz nəfəri tüfənglə öldürən şübhəlinin şəxsiyyəti müəyyənləşib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, tüfənglə insanları qətlə yetirməkdə şübəhəli bilinən şəxs 30 yaşlı Arif Sefa Özdemirdir.
Onun psixoloji müalicə aldığı müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı nəqliyyat vasitəsi Eskişehirdə tapılıb. Nəqliyyat vasitəsinin içərisində sursat aşkarlanıb. Özdemirin bir neçə avtomobili oğurladığı bildirilir.
Arif Sefa Özdemir Eskişehirdə saxlanılması üçün xüsusi əməliyyatın keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, ödürülənlərdən ikisi məktəb müəllimidir. Ayşe Sena Demir və Hilal Mete İhsaniye rayonunun Yukarıtandır orta məktəbinin müəllimləri olub.











































