ABŞ-yə məxsus pilotsuz uçuş aparatı (PUA) İranın Qeşm adasının səmasında ələ keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" məlumat yayıb.
"Bir neçə an əvvəl MQM-170 tipli beşinci Amerika kəşfiyyat PUA-sı Qeşm adasının səmasında SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl elektron müharibə sistemlərinin fəaliyyəti ilə yerə endirilib", - məlumatda bildirilib.











































