Ağlıma ilk öncə sən gələcəksən

KÖŞƏ
06:20 19.02.2011
2324

 


Dostlarla yığışıb söhbətləşəndə

Sevgi kitabını vərəqləyəndə

Xəyanət barədə eşitsəm əgər

Ağlıma ilk öncə sən gələcəksən

 

Mən səni sevirəm demişdin mənə

Hər şeyə göz yumub inandım sənə

Aldanmaq barədə eşitsəm yenə

Ağlıma ilk öncə sən gələcəksən

 

Sənsiz olanda tənhaydım - təkdim

Elə bil solmuş bir güldüm - çiçəydim

Nə vaxt ki, sorsalar hardadır gülüm ,

Ağlıma ilk öncə sən gələcəksən

 

Ən xoşbəxt anımda, zamanımdada

Hər gülü, çiçəyi qoxluyanda da

Hətta bu şeiri oxuyanda da

Ağlıma ilk öncə sən gələcəksən

Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR