Təmir işləri yarımçıq qalan yol sürücülərə təhlükə saçır - VİDEO

Təmir işləri yarımçıq qalan yol sürücülərə təhlükə saçır - VİDEO
SOSİAL
01:08 18.04.2026
736
Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti ani manevrləri məcburi edir. Bu isə hər an qəzaya zəmin yaradır.

Ərazidə yaşayan sakinlər və sürücülər deyir ki, bir neçə həftə yolda təmir işlərinə başlanılıb. Buna səbəb isə yolun hər iki tərəfinin asvalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.

Sakinlərin dediyinə görə qəza halı bir dəfə yox, elə hər gün yaşanır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, işlərin gecikməsinə səbəb hava şəraitidir.

İndi sürücülərin tək ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən də normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərləri mütəmadi olacaq.

OXŞAR XƏBƏRLƏR