“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat

“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
SOSİAL
21:55 03.11.2026
136
"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli, qarşımızda cavab tapmalı olduğumuz mühüm suallar dayanır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, aqroparkların rezidentlərinə, eləcə də onların əmək fəaliyyətinə cəlb etdiyi aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə iş icazəsinin alınması tələbinin aradan qaldırılması aqrar sektorun inkişafı baxımından əhəmiyyətlidir:

"İlk baxışdan qanun layihəsi miqrasiya sahəsini əhatə etsə də, əslində, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təklif olunan dəyişikliyə əsasən, aqroparkların rezidentlərinə, habelə həmin rezidentlər tərəfindən əmək fəaliyyətinə cəlb edilən aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə, müvafiq sahələr üzrə təcrübəyə malik olduqları halda, iş icazəsinin alınması tələb olunmayacaq. Dəyişikliyin beş il müddətində tətbiqi nəzərdə tutulur. Bu isə onun müvəqqəti və konkret hədəflərə hesablanmış tədbir olduğunu göstərir”.

Deputat vurğulayıb ki, Azərbaycanda aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün ali və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir:

"Ölkəmizdə aqrar sahə üzrə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetidir. Bununla yanaşı, daha altı universitetdə aqrar sahəyə aid ixtisaslar tədris olunur. Hər il universitetləri, kollecləri və peşə təhsili müəssisələrini minlərlə gənc bitirir. Xarici ölkələrdə dövlət proqramları çərçivəsində aqrar sahə üzrə təhsil alan məzunlarımız da ölkəyə qayıdırlar.
"Məzunların məşğulluq reytinqi”nə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetindən 2018-2023-cü illərdə 5648 nəfər məzun olub. Onlardan 2468 nəfəri, yəni 43,3 faizi hələ də işlə təmin olunmayıb. Bu, kifayət qədər düşündürücü göstəricidir. İşlə təmin olunanların bir hissəsi də fərdi təsərrüfatla məşğul olan şəxslərdir”.

Elçin Mirzəbəyli bildirib ki, mövcud vəziyyət aqrar təhsil ilə əmək bazarının tələbləri arasında uyğunsuzluğun olub-olmaması məsələsini gündəmə gətirir:

"Əgər bütün bunlara baxmayaraq, aqrar sektorun ehtiyaclarını ödəmək üçün yenə də xarici mütəxəssislərə müraciət etmək zərurəti yaranırsa, deməli, məsələyə kompleks yanaşmaq lazımdır. İlk növbədə, aqroparkların və digər kənd təsərrüfatı müəssisələrinin real mütəxəssis ehtiyacları müəyyənləşdirilməli, mövcud yerli kadr potensialı, aqrar təhsil müəssisələrinin məzunlarının məşğulluq vəziyyəti və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunluğu qiymətləndirilməlidir.
Eyni zamanda, xarici mütəxəssislərin cəlb edilməsi imkanlarından yerli mütəxəssislərin hazırlanması, müasir bilik və texnologiyaların ötürülməsi, aqrar təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə də istifadə olunmalıdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib