Avropada yeddi təyyarədə axtarış aparıldı

Avropada yeddi təyyarədə axtarış aparıldı
DÜNYA
21:49 03.11.2026
148
Avropanın müxtəlif ölkələrində bomba hədələri ilə əlaqədar yeddi sərnişin təyyarəsində axtarış aparılıb.

AZXEBER.COM "unikal"-a istinadla xəbər verir ki, hadisələr İtaliya, Polşa, İspaniya və Bolqarıstanda qeydə alınıb. Yoxlamalar zamanı təyyarələrin heç birində partlayıcı maddə aşkar edilməyib. İtaliyanın paytaxtı Romada "Ryanair” aviaşirkətinə məxsus iki təyyarə yoxlanılıb. Lissabon və Dublindən gələn təyyarələrdən biri İtaliya Hərbi Hava Qüvvələrinin müşayiəti ilə hava limanına eniş edib.

Polşada isə iki təyyarədə təhlükəsizlik yoxlamaları həyata keçirilib. Londonun Hitrou hava limanından Varşavaya uçan təyyarə bomba hədəsi səbəbindən planlaşdırılan Şopen hava limanı əvəzinə Modlin hava limanına yönləndirilib. Kopenhagendən gələn digər təyyarə isə planlaşdırıldığı kimi eniş etdikdən sonra yoxlanılıb. İspaniyanın Mursiya şəhərində Mançesterdən gələn "Ryanair” təyyarəsində də axtarış aparılıb. Yerli rəsmilər təyyarədə partlayıcı maddə aşkarlanmadığını bildiriblər.

Bolqarıstanın paytaxtı Sofiyada da iki təyyarə bomba hədələri ilə əlaqədar yoxlanılıb. Onlardan birinin İtaliyanın Berqamo şəhərindən gəldiyi bildirilir. Məlumata görə, bomba hədəsi elektron poçt vasitəsilə göndərilib.

Bundan əlavə, noyabrın 2-də Londonun Luton hava limanından Sofiyaya uçan təyyarə bomba hədəsi səbəbindən Budapeştdə təcili eniş edib.

Hadisələrlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib