Məhəbbət insana çox acı verir
Gərək qatlanasan sən bu acıya
Sevgim bir tərəfli, bu bir faciyə
Faciəmsə mənə çox acı verir
Payız fəsli idi qurtardı getdi
Ağac yarpaqların hamsın tükətdi
O Ağac mən idim, yarpaqlar Sevgim
Saralmış sevgimi tapdadı getdi
Deyirlər sarı rəng - Ayrılıq rəmzi
Ayrılıq - çox yaxın bir kəlmə mənə
Deyirlər qırmızı - üsyanın rəmzi
Sarıya üsyan et, ümid ver mənə
"Sevdin hər acıya dözəsən gərək"
Bu oldu şerimin bu dəfə adı
"Səni sevəni sən sevəsən gərək"
Bu başlıq növbəti şerimin adı.
MEHDİ HÜSEYNOV