Reportaj bu təqdimatla başlayır: “Novruz Azərbaycanın ən sevimli bayramlarındandır. Təbiətin oyanışından xəbər verən bu bayramda yazda yeni ilin gəlişi qeyd olunur. Bir həftə ərzində Bakı küçələri bayram şənliklərinin mərkəzinə çevrilir”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsahibəsində bildirir ki, Azərbaycan xalqı adət-ənənələri ilə seçilir. Bunların sırasında Novruz bayramı xüsusi yer tutur. Reportajda Novruzun UNESCO-nun qeyri-mədəni irs siyahısına salındığı vurğulanır, Azərbaycan mətbəxi, Novruz şirniyyatı, tonqal üstündən tullanmaq adətlərindən danışılır.