Cinsi azlıqlar UEFA-dan stadionlarda onlar üçün xüsusi yerlərin ayrılmasını xahiş etdilər

MARAQLI
08:29 26.02.2011
1968

Polşada cinsi azlıqları AVRO-2012-nin Təşkilat Komitəsinə müraciət edərək qitə birinciliyinin keçirilməsi zamanı onlara stadionda oturmaq üçün ayrıca yerlərin ayrılmasını xahiş ediblər. Bu məlumatı Polşada fəaliyyət göstərən cinsi azlıqlardan ibarət “Rainbow Stand” fanklubu yayıb. UEFA-nın isə bu xahişi necə cavablandıracağı maraqla gözlənilir. 

Xatırladaqki, futbol üzrə Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək. Turnirin final mərhələsinin qarşılaşmalarına 2012-ci ilin 8 iyununda start veriləcək və iyulun 1-dək davam edəcək.

//Ans Press


OXŞAR XƏBƏRLƏR