Ailənin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Ziona özü “Chana” məzhəbinin lideridir. Onların məzhəbinə görə kişilər istədikləri qədər qadınla ailə qura bilərlər.
İlk evliliyini 17 yaşında edən Ziona, bir il içində 10 dəfə evlənib. Ən son evliliyini keçən il reallaşdıran Zionanın evində xüsusi bir otağı var. Gecəni sırayla həyat yoldaşları ilə həmin otaqda keçirir.
Evdə hər gün 30 toyuq ilə 100 kilo düyü və 60 kilo kartof bişirilir.