Fuad Muradovun 'seçki oyunu' - MİLLİ ŞURA

DÜNYA
14:55 26.06.2012
3063
Millət vəkili Milli Şuraya nəzarəti itirmək təhlükəsiylə üz-üzə qalıbXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 30 iyun tarixində növbəti qurultayı keçiriləcək. Qurultayda Milli Şuraya yeni sədr seçiləcək. Hazırki sədr Fuad Muradov sədrliyə namizədliyini irəli sürməyib. AZXEBER.COM-un məlumatına görə, seçki yaxınlaşdıqca həyacan da artır. Şuranın hazırki sədri, milət vəkili Fuad Muradov mətbuata açıqlamasında bildirib ki, Milli Şura bundan sonra da gənclərin doğma ocağı olacaq: “ARGTMŞ-ın qurultayı və seçkilərinə cəmiyyətdə bu qədər güclü marağın olması məni sevindirir. Əlbəttə, seçkilər Milli Şuranın nizamnaməsinin tələblərinə uyğun olaraq keçiriləcək. Sədr və digər seçkili orqanlara ARGTMŞ-ın üzv təşkilatları tərəfindən irəli sürülən namizədlər mübarizə aparacaqlar. Əminəm ki, bundan sonra da Milli Şura Azərbaycan gənclərinin doğma ocağı olaraq öz fəaliyyətini davam etdirəcək”.ARGTMŞ-a yaxın olan mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, Fuad Muradov seçkilərin obyektiv olacağıyla bağlı mətbuata açıqlama versə də, öz yerinə alternativ kimi yalnız Mirhəsən Seyidovu görür. Mənbənin dediyinə görə, Seyidovun qələbəsi faktiki olaraq Fuad Muradovun qələbəsi olacaq və şuranı bundan sonra da millət vəkili özü idarə edəcək. Məlumata görə, yaxın günlərdə Fuad Muradov 23 yaşlı Mirhəsən Seyidovu dəstəkləmələri üçün şura üzvlərinə müraciət edəcək. Ancaq maraqlıdır ki, digər namizədlərlə müqayisədə Mirhəsən Seyidov heç bir seçki təbliğatı aparmır, KİV-də açıqlamaları, müsahibələri yayımlanmır, platforması haqda ictimaiyyətə məlumat verilmir. Bir neçə gün öncə AZXEBER.COM xəbər portalının 59.000 nəfərlik rəsmi “facebook” səhifəsində başladılan səsvermədə saxtakarlığı üzə çıxan namizədin seçki öncəsi səssizliyi diqqət çəkən məqamlardandır.Fuad Muradovun dəstəyinə rəğmən ekspertlərin fikrincə Mirhəsən Seyidovun sədrlik şansı çox azdır. Buna səbəb onun təcrübəsizliyi, ictimaiyyət arasında tanınmaması, platformasının açıqlanmamasıdır. Hətta bir neçə gün öncə Mirhəsən Seyidovun namizədliyi geri götürəcəyi haqda da məlumat yayılmışdı. Mənbənin dediyinə görə, Fuad Muradovun təkidiylə o bu addımdan vaz geçib. Əgər Mirhəsən Seyidov namizədliyini geri götürsə və ya seçkidə məğlub olsa Fuad Muradov 2005-ci ildən rəhbərlik etdiyi, hətta özünə ikinci ev bildiyi Milli Şuradan birdəfəlik uzaqlaşmalı olacaq.Bir daha qeyd edək ki, ARGTMŞ-a seçkilər iyun ayının 30-da keçiriləcək. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.

OXŞAR XƏBƏRLƏR