16 - 20 may 2012-ci il tarixlərdə Rusiya Federasiyasıİdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasının Nalçik şəhərində“Tələbə baharı Qafqazda” adlı festival keçirilib. AZXEBER.COM-un məlumatına görə, festivalda Azərbaycanı bir qrup istedadlı və yaradıcı gənc təmsil edib. “Qafqazda Tələbə baharı” festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxısatan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Cənubi Osetiya, Taciksitan, Ozbəkistandan olan tələblər iştirak ediblər.AZXEBER.COM xəbər portalının məlumatına görə, festival günlərində xatirə şəkli çəkdirən azərbaycanlı gənclər bayrağımıza hörmətsizlik ediblər. Belə ki, bu dəfə də Azərbaycan bayrağında yaşıl rəng üstə, mavi isə altda olub. Bunu görən gənclər bayrağı aşağıdan yuxarı tutub və ortaya qəribə mənzərə çıxıb. AZXEBER.COM heç bir şərh vermədən həmin fotonu təqdim edir. Sadəcə qeyd etmək lazımdır ki, ölkəni təmsil etməkdən öncə gənclər bayrağın mənasını dərk etsələr daha yaxşı olar.