UEFA Avropanın daha bir klubunu Avropa kubokları yarışlarından xaric edib. Qol.Az-ın goal.com-a istinadən yaydığı məlumata görə, adı danışılmış oyunlarda hallanan Çexiyanın “Siqma” klubu bir il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.Məlumatda bildirilib ki, “Siqma” Çexiya çempionatında 3:0 hesabıyla qalib gəldiyi “Bohemians”a qarşı oyundan əvvəl rəqib komandanın bəzi oyuçularına 12 min avro verib. Pulu “Bohemians”ın oyunçularına çatdıran “Siqma”nın qapıçısı Petr Drobisz isə 18 ay futboldan uzaqlaşdırılıb və 8 min avro məğləğində cərimə edilib.Qeyd edək ki, “Siqma” bu il ölkəsini Avroliqada təmsil etməliydi. Bu cəza səbəbindən “Siqma”nı UEFA yarışında “Mlada” klubu əvəzləyəcək.