Tanınmış azərbaycanlı teleaparıcı ana oldu

MAQAZİN
21:43 21.11.2012
5143
"Xəzər Xəbər"in aparıcısı Cəlalə Nəzəroğlu ana olub.AZXEBER.COM olaraq, aparıcı ilə əlaqə saxladıq. Özünün və yeni doğulan körpəsinin vəziyyətinin yaxşı olduğunu bildirdi. Cəlalə Nəzəroğlu çox xoşbəxt olduğunu, analıq hissinin inanılmaz dərəcədə gözəl duyğu olduğunu söylədi. O, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyevaya, o cümlədən, doğumu həyata keçirən həkimi Gülçin Ramazanovaya təşəkkür etdiyini bildirdi: "Gülçin xanımın peşəkarlığı və xüsusilə də mənəvi dəstəyi sayəsində onurğamdakı problemə baxmayaraq, oğlumu təbii yolla, səhhətimə xələl gəlmədən dünyaya gətirdim. Ona çox təşəkkür edirəm".Qeyd edək ki, Cəlalə xanım körpələrinə Nicat adını verdiklərini bildirdi.
Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR