BAKU AZƏRBAYCAN
8°C
euro 1.8473
dollar 1.7000
rubl 0.0225
lirə 0.2509

Azərbaycanda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

Azərbaycanda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü
SOSİAL
22:08 21.08.2019
6147
Tovuz rayonunun Aşağı Quşçu kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə əsasən, oğul atasını çəkiclə qətlə yetirib.

İnsident pensiya kartı üstündə yaranıb. 

Məsimov Müzəffərin pensiya kartı oğlunda olub və o, övladından pulu və kartı istəyib. Məsimov Rasim isə 85 yaşlı atasının istəyini geri çevirib və tərəflər arasında mübahisə yaranıb. Nəticədə 50 yaşlı Rasim çəkiclə atasının başına 4 dəfə zərbə endirib. M.Məsimov aldığı zərbələrdən keçinib.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR