Azərbaycanda son sutkada 2140 nəfər vaksinasiya olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 541, ikinci doza vaksinləri sayı 188-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1254-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 157 olub.